2 aprel mitinqi ilə bağlı daha 5 nəfərə ittiham irəli sürülüb
09 Aprel 2011 Şənbə 19:33
Onlar - Babək Həsənov, Ülvi Quliyev, Elşən Həsənov, Sahib Kərimov və Əhəd Məmmədlidir.
İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi aksiya ilə bağlı daha 5 nəfərə qarşı ittiham irəli sürülüb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib.
Onun sözlərinə görə, həyata keçirilən istintaq hərəkətləri nəticəsində aprelin 2-də baş vermiş hadisələrlə bağlı daha 5 nəfərin hadisələrdə iştirakı sübuta yetirilib. Onlar - Babək Həsənov, Ülvi Quliyev, Elşən Həsənov, Sahib Kərimov və Əhəd Məmmədlidir.
F. Həsənəliyev qeyd edib ki, artıq bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub və barələrində həbs qətimkan tədbirinin seçilməsi üçün materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.
F. Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi ilə bağlı zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. anspress
DOSTLARINLA PAYLAŞ: