Zəmzəm dünyanın ən təmiz suyudur
21 Dekabr 2010 Çərşənbə Axşamı 06:00
Texnologiyanın inkişafına baxmayaraq Zəmzəmin sirrini açmaq mümkün olmayıb
Ümumdünya Səhiyyə Təşkilatının (WHO) hazırladığı hesabata görə, dünyanın insan səhhətyi üçün ən əlverişli suyu olan Zəmzəmin sirrini açmaq texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq hələ də mümkün olmayıb. Mənbəyi tapılmayan suyun dənizdən 80 km uzaqda olmasına və ətrafda başqa hər hansı bir su quyusunun olmamasına baxmayaraq əsrlərdir qurumaması araşdırmaçıları təəccübləndirməyə davam edir.

Sadəcə 1.5 metr dərinlikdə olan quyudan həc mövsümündə bütün zəvvarların ehtiyacının qarşılanmasına baxmayaraq quyudakı suda azalma olmur. Zəmzəm suyu üzərində araşdırmalar bu gün də davam edir. Avropa laboratoriyalarında keçirilən araşdırmada bu suyun tərkibində kükürd miqdarının az olduğu müəyyənləşib. Amerikada keçirilən test nəticəsində isə məlum olub ki, Zəmzəm tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə sudur.

Zəmzəmin ən təmiz su olduğunu açıqlayan WHO onun başqa sulara nisbətən daha qidalandırıcı və mineral baxımından zəngin olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar