D vitamini çatışmazlığı artıq çəkini atmağa mane olur
06 Sentyabr 2017 Çərşənbə 19:08
Bəzi tədqiqatlar D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edib.
Bəzi tədqiqatlar D vitamini çatışmazlığı ilə artıq çəki arasında əlaqə olduğunu sübut edib. Bunu dietoloqlar da təsdiq edib. Onlar bildirib ki, D vitaminin ən önəmli xüsusiyyətlərindən biri qarın bölgəsinin yağlanmasına mane olmasıdır. Bu vitamin maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Tədqiqata görə, orqanizmdə kifayət qədər D vitamini olan insanlar daha tez doyduqlarını hiss edirlər. D vitamini çatışmazlığı zamanı isə doyma siqnalı beyinə gec çatır.

D vitamini çatışmazlığı epidemiya kimi sürətlə yayılır. Bu epidemiya sümük xəstəliklərinə səbəb olmaqla yanaşı, xərçəng, revmatizmal xəstəliklər, immun xəstəlikləri, nevro-psixatrik xəstəliklər, ürək xəstəlikləri və təzyiq və s. bu kimi xəstəliklərə dǝ səbəb olur.

Türkiyəli mütəxəssis Şeyda Sılanın sözlərinə görə, insan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir: "D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz. D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur. Bundan başqa, müxtǝlif  balıq növlǝrindǝ, pendir, süd, kərə yağı və yumurtanın sarısı D vitamini ilə zəngindir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar