Dəhşətli xəstəliyin müalicəsi tapıldı
12 İyul 2014 Şənbə 20:52
Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.
Raş Universitetinin tibb mərkəzinin mütəxəssisləri darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətlərini kəşf ediblər.
ANS PRESS-in məlumatına görə, onun tərkibinə daxil olan maddələr insanın baş beyinində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.
Tədqiqatlar zamanı müəyyən olunub ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.
Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.
Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşıdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcəkdir.
DOSTLARINLA PAYLAŞ: