Yağlı saçlar soyuq su ilə yuyulmalıdır
22 Sentyabr 2009 Çərşənbə Axşamı 09:30
Yağlı saçlar soyuq su ilə yuyulmalıdır. 10 məsləhətə əməl et, ideal saçlara sahib ol.
10 məsləhətə əməl et, ideal saçlara sahib ol
Ulduzlarınkı kimi gözəl və qüsursuz saçlara sahib olmaq üçün onların saç ustalarına müraciət etmək yox, bu ustaların məsləhətlərinə qulaq asmaq lazımdır. "Aysel" dünyanın ən məşhur stilistlərinin saçlara qulluq sirlərini sadalayır.
1. Şampunu saçınızın dibindən ucuna doğru vurun
Şampunu ovcunuzun içinə və ya süngərin üzərinə töküb bərabər şəkildə saçınızın bütün hissəsinə yaxın. Beləcə siz saçınızın bütün hissələrini şampunlamış olacaqsınız. Nəticədə saçlarınız ideal təmiz olacaq.
2. Saçınızı yumazdan öncə maskadan istifadə edin. Nəmləndirici maska saça lazım olan maddələri artırır. Lakin maskanın qalığını mütləq su və şampunla təmiz yuyun.
3. Saçınızı incədən-incəyə yaxalayın. Mütləq saçınızda olan şampun və maskanı yuyun. Yağlı saçları soyuq su ilə yuyun ki, piy vəzlərinin tez əmələ gəlməsinə təkan verməyəsiniz.
4. Haçalanmış saç ucları ilə mübarizə aparın. Haçalanmış və qırılan saç uclarına avokado maskası kömək olur. Avakadonun qabığını soyub çəyirdəyini çıxarın. Daha sonra onu əzərək saçınıza çəkin. 15 dəqiqə saxlamağınız kifayətdir. Bu maskadan sonra saçınızı mütləq isti su ilə yuyun.
5. Saçlarınızın açıq rəngini çobanyastığı ekstraktı vasitəsilə qoruyun. Çobanyastığı tərkibli şampunlardan istifadə edin. Daha yaxşı effekt əldə etmək istəyirsinizsə, saçlarınızı çobanyastığı və qurudulmuş limonun həlimi ilə yuyun.
6. Özünüz üçün ideal rəng seçin. Saçınızın rəngini nəzərəçarpacaq şəkildə dəyişməyin. Təbii saç rənginizdən bir-iki çalar açıq və ya tünd rəng seçin. Əgər uzunmüddətli rəngləmələrdən sonra saçınızın təbii rəngini unutmusunuzsa, onda qaşınız sizə düzgün rəngi seçməkdə kömək edəcək.
7. Saçınızı boyayarkən dərinizi qoruyun. Boyaya başlamadan öncə qulaq, alın və boyun hissənizə saç üçün yağ sürtün. Əmin olun dəriniz ləkələnməyəcək.
8. Hovuzda üzdükdən sonra saçlarınıza qulluq edin. Hovuzun xlorlu, dənizin isə duzlu suyu və günəş şüaları nəticəsində saçlarınız yaşıl rəngə çalırsa, ketçupdan maska kimi istifadə edin. Onu 10-12 dəqiqə saxladıqdan sonra saçınızı isti su ilə yuyun.
9. Saçlarınızı düzgün naços edin. Xırda dişli daraqla saçı dibdən naços etməyə başlayın. Saçınızı nə qədər nazik tellərə ayırsanız, naços bir o qədər həcmli olacaq.
10. Saçınızı saç lakı ilə düzləşdirin. Lakı saçın uzunu boyu vurun. Daha sonra fenlə düzləşdirməyə başlayın. İşinizi bitirdikdən sonra bir daha saçınıza lak vurun.
11. Saçlarınızı parıltılı edin. Yarım litr mineral suya yarım stəkan alma sirkəsi əlavə edin. Saçınızı yaxşıca yuduqdan sonra, hazırladığınız məhlulla yaxalayın.
12. Saçınızı formaya salarkən dəniz suyundan istifadə edin. Əgər əlinizin altında dəniz suyu yoxdursa, onda pulverizatoru adi su ilə dodurun, bir neçə çimdik dəniz duzu əlavə edin və saçınızı bu su ilə isladın. Daha sonra feni ən isti rejimlə işə salın və saçınızı qurulayın. Nəticədə iri buruq saçlara sahib olacaqsınız. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: