Yay üçün asan yemək reseptləri
27 İyun 2012 Çərşənbə 13:49
Yay üçün asan yemək reseptləri. Cəmi bir necə dəqiqəyə dadlı yeməklər hazırlamaq olar.
Kartof çorbası
3 stəkan toyuq bulyonu
700 qr. kartof
2 diş sarımsaq
1 ədəd soğan
1 ədəd kərəviz
30 qr. kərə yağı
2 yemək qaşığı duru yağ
Duz, istiot

Nazik doğranmış soğan və sarımsağı kərə, duru yağda qovurun. Kuk kub doğanmış kartof, kərəviz və bulyonu əlavə edib 10 dəqiqə qaynadın. Daha sonar çorbanı əl blendri ilə qarışdırın. Duz, istiot, pul bibər əlavə edin və süfrəyə verin.

Orman kababı
200 qram quşnbaşı ət
80 qr. yaşıl noxud
2 ədəd kartof
2 ədəd bibər
2 ədəd pomidor
1 qaşıq tomat
3 yemək qaşığı zeytun yağı
1/2 ədəd soğan
Kəklikotu
1 stəkan toyuq bulyonu
Pul bibər, duz, istiot
1 stəkan su

Ətləri suda qaynadın. Ayrı bir qazanda zeytunyağında soğanları və bibəri çəhrayı olana kimi qızardın. Sonra üzərinə tomatları və əti əlavə edin. Bir necə dəqiqədən sonra noxud, kub kub doğanmış kartof və toyuq suyunu, zövqə görə duz, istiot, pul bibər əlavə edib, qazanın qapağını bağlayın. Az qazda 15 dəqiqə bişirin.
Kəklikotu ilə bəzəyib süfrəyə verin.

Biskivit topları
1 paket peçenye
1–1,5 ədəd banan
20 qr fındıqlı şokolad əzməsi
20 qr kokos

Peçenye əl rondosunda (doğrayıcı mətbəx əşyası) əzilir. Sonra soyulan bananlar və şokolad yağını əlavə edib qarışdırın. Hazırlanan məhsulu əl ilə top şəklinə salıb, kokosa batırın.

Limonlu keks
240 qr un
240 qr şəkər tozu
4 ədəd yumurta
240 qr kərə yağı
Qabartma tozu
Duz,vanil
Limon qabığı

Otaq temtperaturunda olan kərə yağını şəkər tozu ilə mikserlə çalaraq ağradın. Bir bir yumurtaları əlavə edərək çalmağa davam edin. Başqa bir qabda un, qabartma tozu, vanil və limonun rəndələnmiş qabıqlarını qarışdırın. Əldə edilən məhsulu yağın üzərinə əlavə edib qarışdırın. Keksin xəmirini əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada bir saat bişirin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar