Şimpanze Ebola xəstəliyinə çarə olacaq
06 Sentyabr 2014 Şənbə 10:38
İlin sonuna kimi şimpanzenin adenovirusu əsasında 15 min preparatın hazırlanması nəzərdə tutulur.
Şimpanze Ebola xəstəliyinin müalicəsinə kömək ola bilər.
ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə mübarizə üçün iki ən perspektivli dərmanın hazırlanacağını bildirib. Bu iki dərmandan biri şempanzedən əldə olunan adenovirus vasitəsi ilə hazırlanacaq.
Əgər vaksinlərin təhlükəsizliyi sübut edilərsə, o zaman noyabr ayından etibarən xəstəliklə mübarizə aparan ölkələrdə tibbi məqsədlər üçün istifadə ediləcək. Bununla da Ebolaya yoluxmuş insanların müalicəsi mümkün olacaq.
İlin sonuna kimi şimpanzenin adenovirusu əsasında 15 min preparatın hazırlanması nəzərdə tutulur.
Digər bir preparat olan vezikulyar stomatitin virusuna əsaslanan vaksinin kliniki sınaqlarına isə yaxın vaxtlarda başlanacaq. Hal-hazırda bu preparatdan təxminən 800 ədəd var.
DOSTLARINLA PAYLAŞ: