Ucuz başa gələn maska
20 Noyabr 2009 Cümə 12:20
Maya ilə hazırlanan maska hər yaşa xeyrlidir
Yaş ötdükcə dəri yaşlanır. Onda qırışlar, ləkələr əmələ gəlir. Dərinin yaşlamasının qarşısını almaq üçün heç də onun qırışmasını gözləmək lazım deyil. Bunun üçün hələ cavan yaşlarından başlayaraq təbii məhsullar ilə hazırlanan maskalardan istifadə etmək ən yaxşı yoldur. Bunlardan biri də maya maskasıdır.
Bu maskanı 20 yaşında ayda bir, 30 yaşında ayda iki, 40 yaşında həftədə bir, 50 yaşında isə həftədə üç dəfə istifadə etmək olar.

Tərkibi
2 xörək qaşığı yaş maya
1 xörək qaşığı ilıq su

Hər iki məhsul krem halına düşənə kimi qarışdırılır. Göz və dodaq ətraflarından əlavə üzə sürtülür. 10 dəqiqədən sonra maskanın artıq hissəsi pambıq ilə təmizlənir. Sonra ilıq, sonra isə soyuq su ilə yuyulur.

Tərkibində yüksək dozada protein olan maya dəri hüceyrələrini bərpa edir. Dərinin daha gözəl və qüsursuz görünüşünü təmin edir. Protein cildin oksigen almasına da kömək edir.

İçərisindəki B2 və B6 vitaminləri sayəsində dəridə yağ səviyyəsini tənzimləyir. Maya civzələrə qarşı da faydalıdır.
 
ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar