İngilis alimləri şokoladın yeni bir faydasını ortaya çıxarıblar.
İngilis alimləri şokoladın yeni bir faydasını ortaya
çıxarıblar. Alimlərin araşdırmaları hər gün 40-50 qram şokolad yeməyin
faydalı olduğunu sübut edib. Böyük Britaniyada aparılan araşdırmaya
görə, gün ərzində 50 qram şokolad yemək yüksək qan təzyiqi xəstəliyinin
qarşısını almağa yardımçı olur.
Mütəxəssislər hesab edir ki, acı şokolad tərkibində bol miqdarda maqnezium olduğundan qan təzyiqini tənzimləyir.