Üzə qulluq məsləhətləri
27 Sentyabr 2009 Bazar 12:25
Yağlı, quru dərilər üçün losyonlar. Üzə qulluq məsləhətləri.
ÜZÜM LOSYONU.
Qədim misirlilər kosmetikada üzümdən istifadə edirdilər. Üzümü əzərək 2 saatdan sonra şirəsini süzmək lazımdır. Qabın içinə 400 ml şirə və 1 stəkan araq əlavə edirik. Həmin məhlula tamponu batıraraq təmiz üzün dərisini sürtmək lazımdır. Losonu 1-2 saat yumamalı.
ÜZÜMLÜ-BALLI LOSYON.
Üzümü əzib 2 saat saxladıqdan sonra şirəsini süzürlər. Qaba bu şirədən 400 ml, 1-2 xorək qaşığı bal və 1 çay qaşığı duz əlavə edərək qarışdırıb süzürlər, sonra isə araq əlavə edirlər. Bu losyonda islanmış tamponu təmizlənmiş üzə çəkib, 1-2 saat yumamalı.
ƏSMƏÇİÇƏYİ (yağlı üz üçün losyon).
Xalq kosmetikasının sınanmış vasitələrindən biridir. Əsməçiçəyin tər və ya quru çiçəklərini götürürlər, 2 xorək qaşığı quru və ya 2 ovuc təzə gülləri 2-3 litr su ilə qarışdırırlar, 2 xorək qaşığı fındıq ağacı budaqlarının cövhərini əlavə edirlər. Bu vasitə sızanaqlı yağlı dəriyə faydalı təsir göstərir.
CİVZƏLI SƏPMƏYƏ QARŞI ƏSMƏÇİÇƏYİ. 2 xorək qaşığı əsməçiçəyi gülünün və ya təzə otunun şirəsi ¼ stəkan 70% -li spirtlə qarışdırırlar, 4 q su və 5 q odekolon əlavə edirlər. Mayeni diqqətlə qarışdırıb isti, qaranlıq yerdə 2 gün saxlayırlar. Sonra bu cövhərə 5 q 50% - li borat turşusu və 3 q qliserin əlavə edin. Belə losyonla üzdəki civzəli səpgini təmizləmək olar. Səhər və axşam dərini yuduqdan sonra üzə sürtmək lazımdır.
DƏRİNİ CAVANLAŞDİRAN ÇİYƏLƏK LOSYONU.
Keçmişdə Azərbaynda çiyələyi dərini cavanlaşdırmaq məqsədilə istifadə edirdilər. Müasir mütəxəssislər belə bir resepti məsləhət görürlər: 250 q yetişmiş təzə tər çiyələyi əzirlər və nazik parçadan süzürlər, bir çimdik soda, bir neçə damcı spirt əlavə edərək yaxşıca qarıqşdırırlar, sonra yenə də ¼ stəkan süd əlavə edirlər. Soyuducuda bu losyonu xeyli vaxt saxlamaq olar. Heç olmasa gündə bir dəfə üzə sürtmək məsləhət görülür, 10 dəqiqədən sonra ev temperaturunda olan su ilə yumaq lazımdır.
YAĞLI MƏSAMƏLİ DƏRI ÜÇÜN LOSYON.
Yağlı üzdəki qırışları hamarlamaq üçün müasir mütəxəssislərin məsləhət gördükləri losyondan kompres kömək edə bilər: 1 stəkan turş üzüm çaxırını 1 çay qaşığı çiçəyi ilə qarışdırın, 5 gün saxlayın və süzün. Tənzif maskanı cövhərdə isladaraq 5 dəqiqə üzdə saxlayın. Müalicə kursu hər gün ediləcək 10 proseduradır.
QURU DƏRİNİ YUMŞALDAN LOSYON.
Kosmetologiyada gənəgərçək yağını hələ qədim misirlər istifadə edirdilər. Müasir kosmetoloqlar da onu öz reseptlərinin tərkibinə daxil ediblər. Tərkib: gənəgərçək və qarğıdalı (yaxud zeytun və şaftalı) yağı, itburnu yağı, hərəsindən 2 xorək qaşığı, A vitamini (konsentrat) – 20 damcı, duru bal - 2 çay qaşığı, kök şirəsi - ½ stəkan, dəniz suyu – 2 xorək qaşığı. Adları yuxarıda çəkilən inqridiyentləri surətdə qarışdırmaq çalxalamaq və gündə 2-3 dəfə quru və qocalan üzü təmizləmək və yumşaltmaq üçün sürtmək lazımdır.
YAĞLI DƏRİ ÜÇÜN NANƏLİ LOSYON.
XVIII əsr Azərbaycan alimi Hacı Süleyman İrəvani nanəni dəriyə qulluq etmək üçün məsləhət görür. Müasir alimlər bu resepti məsləhət görürlər: 2 xorək qaşığı quru nanənin üzərinə 0,5 litrə su tökərək aşağı odda 5-10 dəqiqə qaynatmaq lazımdır. Həlimi soyudub, süzüb üzərinə 4 çay qaşığı borat spirti, 2 xorək qaşığı əsçəçmçəyi cövhəri (aptekdə satılır), 1 çay qaşığı xorək sirkəsi və ya limon şirəsi əlavə edin. Hazırlanmış losyonla gündə minimum 2 dəfə, səhər və axşam mütləq üzü silmək lazımdır.
HƏR HANSI NÖV DƏRİ ÜÇÜN TƏMİZLƏYİCİ LOSYON.
Qədim Şərqdə tərkibində nanə və çobanyastığı çiçəyi olan losyonlar geniş yayılıb. Müasir mütəxəssislər onları bir qədər onu təkmilləşdirdilər. Hal-hazırda eyni bərabərlikdə nanə, çobanyastığı çiçəyi, üvəz yarpağı və meyvələri, ½ qurudulmuş limonun qabığının qarışığını birlikdə 3 stəkan qaynar suda dəmləyirlər, 30 dəqiqə zəif odda qoyduqdan sonra 8-12 saat saxlayırlar. Dəmləməyə hərəsindən 2 xorək qaşığı araq və qliserin əlavə edirlər. Bu minvalla hazırlanan losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə edirlər. "Şərqin min-bir sirri" ANSPRESS
DOSTLARINLA PAYLAŞ: