Yağ xoşbəxt edir?
09 Avqust 2011 Çərşənbə Axşamı 17:05
Elm adamları yağın beyində xoşbəxtlik hissi ilə əlaqədar bölgələri işə saldığını müəyyən edib
Yağ yemək insanı xoşbəxt edir. Elm adamları yağın bağırsaqdakı bəzi sinir hüceyrələrini işə salaraq beyində xoşbəxtlik hissi ilə bağlı bölgələri fəallaşdırdığını müəyyən ediblər. ANS PRESS-in alman mətbuatına istinadən verdiyi xəbərə görə, Belçika və ingilis elm adamları təcrübəyə cəlb etdikləri insanlara yağ turşuları injeksiya edərək, tomoqrafiya köməyilə beyindəki dəyişiklikləri izləyiblər.
Yağ turşusu verilən pasientlərin beyinlərində hipotalamus, talamus və beyin qabığı kimi bölgələrin fəaliyyətə başladığı müşahidə edilib.

Elm adamları araşdırmanın nəticələrinin daha yağlı yeməklə qidalanmağa dəvət kimi qəbul etməməyə çağırıblar, yağların bədəndə həddindən artıq olmasının xoşbəxtlik deyil, bədbəxtlik gətirə biləcəyi barədə də xəbərdarlıq ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar