Xezerde çimmek tehlükelidir
23 İyul 2013 Çərşənbə Axşamı 11:15
Xezer denizi esasen neft tullantıları, senaye ve meişet, çirkab suları vasitesi ile çirklenir.
Xəzərdə çimmək təhlükəlidir, dənizin suyu çirklidir və bu səbəbdən əhalinin dənizdə çimməsi qadağan olunmalıdır. İRNA xəbər agentliyinin verdiyi məlumata görə, bunu İranın Ekologiya və Ətraf Mühit Təşkilatının sədr müavini Əbdülrza Kərbasi deyib.

Kərbasi bildirib ki, Xəzər dəniznində çirklilik əsasən neft tullantıları, sənaye və məişət, çirkab suları vasitəsi ilə çirklənir: "İranın Xəzər dənizinin çirklənməsində payı 12 faizdir".

O deyib ki, İran tərəfindən Xəzər dənizinin çirklənməsi əsasən sənaye və məişət tullantıları vasitəsi ilə baş tutur: "İldə 400 milyon kubmetr sənaye və məişət tullantısı İranın Xəzəryanı əyalətlərində istehsal olunur ki, onun 40 faizi filtirasiya olunur qalan 60 faizi isə heç bir filtirasiya edilmədən dənizə axıdılır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar