Xərçəng şişlərinin
10 Yanvar 2012 Çərşənbə Axşamı 12:15
Sinqapur alimləri ağciyər xərçəngi şişlərinin inkişafına səbəb olan əsas genləri tapa biliblər.
Bir qrup Sinqapur alimi ağciyər xərçəngi şişlərinin inkişafına səbəb olan əsas genləri tapa biliblər. Bu yenilik haqda "Xinhua" informasiya agentliyi elm, texnologiya və tədqiqatlar agentliyinə istinadən məlumat verib.

Известно, что небольшое количество раковых стволовых клеток (TIC-клетки) способно провоцировать рост опухоли. Специалисты же выявили маркер - CD166. Он позволяет выделять эти клетки.

Məlumdur ki, çox az sayda xərçəng toxuma hüceyrələri (TİC hüceyrələri) şişlərin artmasına yardım edir. Mütəxəssislər isə CD166 markerini (DNT xüsusiyyətini müəyyənləşdirməklə xəstəliyə diaqnoz qoyulması) tapıblar. Bu isə həmin hüceyrələri müəyyən etməyə imkan verir.

Sinqapurdakı Genomiya İnstitutunun professoru Bin Lam və Sinqapur Milli Onkologiya Mərkəzinin eksperti Eleyn Limin başçılıq etdiyi qrup TİC hüceyrələrin genetik təhlilini aparıb. Bu, xərçəng hüceyrələrinin inkişafıüçün lazım olan hüceyrələri aşkarlamağa imkan verib.

Həmin genlər insan orqanizmində dekarboksilaza qlisinin səviyyəsi yetərincə artanda aşkar edilib. Hüceyrələrdə ilkin olaraq az miqdarda olan enzim hüceyrələrin davranışı dəyişir, onları xərçəngə yoluxdurur. Ekspertlərin fikrincə, alınmış bilgilər onkoloji xəstəliklərin müalicəsində effektiv nəticələr verə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar