Uzun ömürlülüyün sirrini tapan pişik
24 Aprel 2012 Çərşənbə Axşamı 06:24
Sahibi pivə havası ilə tənəffüs etdiyi üçün pişiyinin uzun ömürlü olduğunu iddia edir.
İngiltərənin Lankaşir qraflığı Pendlton kəndində yaşayan Rosie adlı pişik uzun yaşamağın sirrini tapıb. Ölkənin ən yaşlı pişiklərindən biri olan Rosie Swan with Two Neck adlı barda böyük bir ocağın yanında, rahat bir mühitdə böyüyüb. Ocağın yanında yatamağı və qəhvə qaymağı yalamağı sevən pişiyin uzun ömürlü olmasının səbəbi isə ingilislərin ale pivəsidir.

Barın və pişiyin sahibi Kristina Dilvort hesab edir ki, heyvanın uzun ömürlü olmasının səbəbi ale ilə tənəffüs etməsidir. Məlumata görə, bir neçə il əvvəl qulağında şişlik meydana gələn pişiyin səhhətində bundan başqa heç bir problem olmayıb. Bu şiş kəsildikdən sonra pişik yaşamağa davam edib.

Qeyd edək ki, pişiklərin normal ömrü 15 il olsa da, Rosie bu il 25 yaşına daxil olub. Bu isə insan ömrü ilə müqayisədə 112 il edir. Pişik üçün uzun ömür sayılan bu yaş hələlik rekordlar kitabına düşmək üçün kifayət deyil.

Xatırladaq ki, dünyanın ən uzun ömürlü pişiyi kimi 2005-*ci ildə Ginnesin rekordlar kitabına düşən Creme Puff adlı pişik 38 il 3 ay yaşayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar