Uşaqlara televizoru qadağan edin
10 Oktyabr 2012 Çərşənbə 17:56
TV və kompyuter uşaqların inkişafına mənfi təsir göstərir.
Üç yaşınadək uşaqlara televizor izləmək qadağan edilməlidir. İngiltərədə keçirilən araşdırmanın nəticələrinə əsaslanan həkimlər, psixoloqlar həyəcan təbili çalır. Onların sözlərinə görə, uşaqların televizor qarşısında keçirdikləri zamana məhdudiyyətlər qoyulmalıdır.
Belə ki, TV, kompyuter, ekran oyunları uşaqların inkişafına mənfi təsir edir və uzunmüddətli fiziki qüsurlara səbəb ola bilir.
Bundan əlavə televizor qarşısında hərəkətsiz oturmaq öz ciddi fəsadlarını da göstərir. Bu nəticələri görmək üçün isə o qədər də çox vaxt lazım gəlmir. Belə ki, bu vəziyyət ürəklə bağlı proqblemlər və piylənmə riskini də artırır.
DOSTLARINLA PAYLAŞ: