Ürək üçün dadlı bomba
29 İyul 2012 Bazar 16:04
Qovun sizin ən təbii dərmanınızdır.
Yaz aylarında insanın ən çox ehtiyacı suya olur. Xüsusən bu oruc günlərində insanın beynində ancaq su canlanır. Bu vaxtda sərinləşdirici içkilər əvəzinə meyvələr, xüsusən də tərkibi su ilə zəngin olanlara üstünlük verin. Mövsümün şahlarından sayılan qovunun sadəcə bir su topu olduğunu düşünməyin, o həm də sağlamlıq üçün bilmədiyiniz xüsusiyyətləri özündə daşıyır:
1. Böyrəklərin təmizlənməsinə kömək edir
Qovun həm zəngin kalium, həm də tərkibində çoxlu su ilə böyrəklərdəki zəhərli elementlərin təmizlənməsində mühüm rol oynayır.
2. Təzyiqi nizamlayır
Suyundakı zəngin kalium və maqnezium qan təzyiqinin düşməsinə yardım edir. Tərkibindəki karotenoidlər damarları daha da gücləndirərək qan təzyiqinin tənzimlənməsinə kömək edir.
3. Ürəyi qoruyur
Qovun bədənin hərarətini və qan təzyiqini salaraq infarkt və insult riskini azaldır.
4. Diabeti mükəmməl şəkildə nizamlayır
Daim aşağı kalorili və şəkərsiz qidalarla qidalanmaq məcburiyyətində olan diabet xəstələri üçün qovun əvəzolunmaz nemətdir. Tərkibindəki maqnezium və kalium sayəsində bədən insulin və plazma şəkərin miqdarını balanslaşdırır.
5. Xərçəngə qarşı sipər
Aparılan araşdırmalar likopinin xüsusilə prostat xərçəngin əmələ gəlməsi, inkişafı və müalicəsində mühüm rol oynayır. Qovunun həm də tərkibindəki müxtəlif fitoqidalandırıcı maddələr cinsi, endokrinik (daxili ifrazat) orqanlara əhəmiyyətli təsir göstərən dadlı bombadır.
DOSTLARINLA PAYLAŞ: