Ürək damar xəstəlikləri cavanlaşır
16 May 2013 Cümə Axşamı 13:03
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri bir ildə 10 min adamın əməliyyata ehtiyacı olduğunu deyir.
Azərbaycanda ürək-damar xəstəliklərində cavanlaşma müşahidə edilir. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, ürək cərrahı Kamran Kazımoğlu Musayev "Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresinə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, ürək xəstəlikləri daha çox 30-40 yaş arası insanlarda müşahidə edilir. "Azərbaycanda 1 ildə təxminən 10 min insanın ürək damar əməliyyatına ehtiyac olur".


DOSTLARINLA PAYLAŞ:

oyunlar