Təsir gücü iki qat çox olan asprin hazırlandı
25 May 2011 Çərşənbə 06:51
Xüsusi texnologiya ilə hazırlanan həblər artıq satışdadır
Ağrılara köhnə asprinlərə nisbətən 2 qat tez təsir göstərən yeni asprin hazırlanıb. “Asprin” adının hüquqi sahibi olan Almaniyanın “Bayer” firması yeni dərmanı "Bayer Advanced Aspirin" adıyla satışa çıxarıb. Qeyd edək ki, yeni həblər xüsusi texnologiya ilə köhnələrə nisbətən 10 dəfə daha kiçik parçalardan hazırlanır. Bu isə öz növbəsində dərmanın orqanizm tərəfindən daha tez sorulmasını təmin edərək ağrıları da daha tez kəsir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar