Son 1 ildə Azərbaycanda süd məhsulları 18 faiz bahalaşıb
26 Aprel 2011 Çərşənbə Axşamı 12:48
Kənd Təsərrüfatı Nazirliyi isə qiymət artımına ciddi əsas olmadığını bildirir
Son 1 ildə Azərbaycanda süd məhsulları 18 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin fevralında qiymət artımından sonra martda süd məhsullarında 3 faizədək ucuzlaşma olub.
Son illər Azərbaycanda süd istehsalının artdığını əsas gətirən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov hazırda süd məhsullarının qiymətinin artmasına ciddi əsas olmadığını bildirir.
“2009-cu illə müqayisədə 2010-cu ildə süd istehsalı 6,7 dəfə artıb. Bir ildə, yəni 2010-cu ildə 93 min ton süd artıb, hər inəkdən sağılan süd az da olsa 1200 litrə çatıb. Keçən il hər inəkdən orta hesabla 1200 litr süd artıb. Ona görə bizdə süd sahəsində heç bir problem yoxdur. Hər bir şəxs ilin istənilən vaxtı süd və ya ət ala bilər. Südün azalması, onun qiymətinin kəskin bahalaşması haqqında bir fikir yoxdur”, deyə Ç. Fərəcov qeyd edib.
DOSTLARINLA PAYLAŞ: