Siqareti at, daha çox yaşa
27 Oktyabr 2012 Şənbə 16:11
1,2 milyon qadın üzərində araşdırma aparılıb.
Siqareti 40 yaşdan öncə atanların daha çox yaşamaq şansı var. Oksford Universitetinin elm adamları bunu müəyyən etmək üçün 1,2 milyon qadının səhhətlərini araşdırıb.

Araşdırmada iştirak edənlərin 20 %-i siqaret çəkən, 28 %-i siqareti tərgidən, 52 % faizi siqaret çəkməmiş qadınlar olublar. 50-65 yaş arasında olan qadınların yaşam tərzləri və sağlamlıq vəziyyətləri araşdırılıb.

Eksprement siqaret çəkən qadınların həyat müddətinin heç siqaret çəkməyənlərlə müqayisədə 11 il az, 70 yaşından öncə ölmə riskinin isə 24 faiz olduğunu müəyyən edib.

Mütəxəssislərin fikrincə, 40 yaşından öncə siqareti atan qadınların ömrü 9 il uzanır. 35 yaşdan öncə bu ziyanlı vərdişdən əl çəkənlər isə 10 il qazanırlar. 45-55 yaşlarında isə bu rəqəm bir az azalır- 6-7 il.





DOSTLARINLA PAYLAŞ:

oyunlar