Siqaret qadınlarda infrakt riskini artırır
11 Avqust 2011 Cümə Axşamı 12:44
Belə qadınlarda infarkt riski 25 faiz daha çoxdur
Siqaret çəkmək qadınlarda infarkt riskini kişilərə nisətən daha çox artırır. Amerika mütəxəssisləri tərəfindən bir sıra ölkələrdə, o cümlədən Sinqapur, Norveç və Türkiyədə keçirilən tədqiqatda təxminən 2. 5 milyon insan iştirak edib. Məlumata görə, zərif cinsin nümayəndələri arasında infarkt riski 25 faiz daha çox rast gəlinir.
"Lancet" jurnalından dərc olunan məqalədə bildirilir ki, alimlər güman edirlər ki, qadın orqanizmi siqaretdə olan toksik maddələri daha çox canına çəkir. Elə məhz bu səbəbdən də qadınlar kişilərlə münasibətdə ağciyər xərçənginə daha çox məruz qalırlar.
DOSTLARINLA PAYLAŞ: