Selülit necə yaranır?
07 İyul 2012 Şənbə 15:32
Selülit necə yaranır? Bu qadınların problemi olsa da, nadir hallarda kişilərə də rast gəlinir.
Selülit qadınların "qorxulu röyası"dır. Bəs o necə və kimdə yaranır? ANS PRESS oxucularına bu "qorxulu yuxu" haqqında maraqlı məlumatları təqdim edir. Türkiyəli mütəxəssis, estetik cərrah Onur Erolun sözlərinə görə, bəzilərinin düşündüyünün əksinə olaraq, selülitin uşaq dünyaya gətirməklə heç bir əlaqəsi yoxdur. Selülit istənilən yaşda, dövrdə, irqdə ola bilər.

Selülit hər qadında müşahidə edilə bilər və o ancaq köklərin, artıq çəkililərin deyil, eyni zamanda arıq insanların problemidir. Selülit əsasən qadınların problemi olsa da, nadir hallarda hormon əksikliyi olan kişilərdə də müşahidə oluna bilər.



Selülit dərinin altındakı yağ hüceyrələrinin böyüyərək, gözlə görünür hala gəlməsidir. 2 yaşından sonra yağ hüceyrələri artmır, ancaq onlar 60 dəfəyə kimi böyüyə bilir.

Bu hal adətən daha çox bud, qarın kimi nayihələrdə daha çox bəlli olur. Müasir dövrdə hərəkətsizlik və fast fud qidalardan istifadənin də dəri probleminin yaranmasına yol açan səbəblərdən biridir. Bundan başqa gənc yaşda tez-tez kökəlib arıqlayan insanlarda da bu hal görülə bilər.

Selülit dərinin iltihabı deməkdir. O bölgənin əzələlərinin pozulması, qəbul edilən qeyri sağlam qida ilə bağlı dərinin keyfiyyətinin pozulmasıdır. Selülit üçün ən yaxşı çarə üzməkdir. Selülitin yaranmamsı üçün isə aşağıdakıları etmək olar:



Doymuş yağ və karbohidrat qəbulunu azaldın. Qəbul etdiyiniz suyu artırın, duzu isə azaldın. Proteinlə zəngin qidalar (balıq, dəniz məhsulları, yumurta) qəbul edin.
Gündə 0,5 qramdan çox duz qəbul etməməyə çalışın. Pəhriz duzuna üstünlük verin.
Vücudun suyunun art ması üçün ağ və qırmızı turp,çiyələk yeyin.
Spirtli içki və siqaret qətiyyən uzaq durun.
Səhər yeməyindən öncə yatarkən mütləq 2 stəkan su için. Su ehtiyacını ödəmək üçün qəhvə,çay, kofe,kola kimi selülit yaradan içkilər əvəzinə su və ayran için.
Vitamin və mineralları artırın. A və E vitaminləri dərini düzləşdirir, əzələləri,hüceyrələri möhkəmləndirir.
Bol-bol meyvə, tərəvəz yeyin. Meyvələri yeməkdən azı iki saat sonra qəbul edin.
Şəkərdən uzaq durun.
Yeməklərdə qızartma yerinə buğlama və soyutmaya keçin.

Selülitin qarşısını almaq üçün masajda yaxşı mübarizə üsuludur. Bu məqsədlə xüsusi kremlərdə var ki, onlardan istifadə nəzərdə tutulur.
Həftədə ən azı 3 dəfə 35 dəqiqə aerobika hərəkətləri edin.


DOSTLARINLA PAYLAŞ:

oyunlar