Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
27 İyun 2011 Bazar Ertəsi 13:12
Şəkər tozu və qənd məhsullarının keyfiyyəti ən önəmli məsələlərdən biridir.
Şəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istеhsаlı üçün əsas хаmmаl kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara şəkər alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.

Bu məhsulların rəngi ağ, sarımtıl, parıltılı olmalı, dadı təmiz şirin olmaqla kənar dad və iyi verməməlidir. Suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunun nəmliyi 0,14 faizdən, quru maddəyə görə saxaroza 99,75 faizdən az, reduksiyaedici maddələr 0,05 faizdən, kül isə 0,03 faizdən çox olmamalıdır. Rafinad-qəndinin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4 faizdən çox, quru maddəyə görə saxaroza 99,9 faizdən az olmamalıdır.

Şəkər tozunu qablaşdırmaq üçün tutumu müxtəlif olan kisələrdən istifadə olunur. Daşınma, saxlanılma zamanı itkinin və çirklənmənin qarşısını almaq üçün kətan-kənaf-cut kisələrinin daxilinə sellofan kisələr qoyulur. Bəzən şəkər tozu qida ilə təmasına icazə verilən, tutumu müxtəlif olan politelin paketlərdə, 5-6 qatdan ibarət kraft kağız kisələrə qablaşdırıla bilər. Qəndi isə kütləsi 0,5 və 1 kq olan karton qutularda və ikiqat kağızdan hazırlanan paçkalarda, həmçinin kisələrə qablaşdırırlar. Ticarət şəbəkəsində isə şəkər əsasən politelin və kağız paketlərdə qablaşdırılaraq satılır.

Şəkər tozun nisbi rütubəti 70 faizdən, rafinat-qəndi isə 80 faizdən çox olmayan anbarlarda 0-200C-də uzun müddət saxlanıla bilər. Şəkər tozunu və qəndi digər mallarla birgə saxlanılması qadağandır. Şəkər məhsulunun sахlаnmаsı zаmаnı əsas təhlükə onun nəmliyə məruz qаlmаsıdır. Ona görə də onları havanın nəmliyi 60 faizdən çox olan yerdə saxlamaq olmaz.

Şəkər daşınan nəqliyyat vasitələri və konteyerlər quru, dəliksiz, bağlı olmalıdır. Şəkər saxlanılan yerlərdə, sanitar qaydalarına əməl edilməli, havanın temperaturu müsbət 400C-dən çox olmamalıdır.

Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanmada istehsalçı müəssənin adı, əmtəə nişanı, tərkibi, saxlama və yararlılıq müddəti, xalis çəkisi, kalorililiyi və s. əksini tapmalıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar