Səhliyalı məhsullarının tərkibində nişasta aşkar edilib
16 İyun 2010 Çərşənbə 10:45
İqtisadi İnkişaf Nazirliyi şirkət barəsində qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Səhliyalı” kiçik müəssisəsində istehsal olunan ət məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi başa çatıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən bişmiş “Şərq” kolbasasının, əla növ “Səhər” sardelkasının və “İveriya” sosiskasının tərkibində nitritin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Bundan başqa, normativ sənədlərə əsasən, əla növ bişmiş “Südlü” və “Lyubutelskaya” kolbasalarının tərkibində nişasta (kraxmal) olmasına yol verilmədiyi halda, bu məhsulların tərkibində nişastanın kütlə payının müvafiq olaraq 5,1% və 5,4% təşkil etdiyi aşkar olunub.

Ümumiyyətlə, aparılmış müayinələr nəticəsində müəssisənin 16 adda ət məhsulunda nişastanın kütlə payının normadan çox olduğu müəyyən edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Səhliyalı” kiçik müəssisəsi barəsində qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar