Səhiyyə nazirinin müavini:“Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edən
11 Aprel 2012 Çərşənbə 13:57
“Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Bu bizi narahat edir”.
APA-nın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır. E. Ağayev deyib ki, Səhiyyə və Təhsil nazirliklərinin birgə apardığı “Narkotiklərə yox deyək!” kampaniyası bu sahədə uğurlu addım olacaq.

Nazir müavini deyib ki, Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixontrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub: “Ona görə də biz mütəmadi olaraq, bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur. Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz də təsəvvür edə bilmərik. Narkotik və psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə də hamı - valideynlər, şagirdlər də bu məsələdə aktiv olmalıdır”.
E.Ağayev apteklərdə reseptsiz satılan narkotik təsir göstərən dərmanların olmadığını da bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar