Sağlamlıq üçün 10 qızıl qayda
17 Noyabr 2009 Çərşənbə Axşamı 12:25
Sağlamlıq üçün 10 qızıl qayda. Özümüzü xərçəngdən müdafiə edək.
Hər yüz xərçəngə yoluxma halından 40-nın qarşısını almaq mümkündür. Bunun üçün sadəcə ehtiyatı əldən verməmək kifayətdir. Atılacaq 10 addım bizi bu qorxulu xəstəlikdən uzaqlaşdırmaq üçün yaxşı vasitədir.

İlk olaraq qida məhsullarına diqqət yetirilməlidir. Belə ki, aflatoksin adlı zəhərlə kirlənən qidalar qaraciyər xərçənginə yol açır. Bu maddə əsasən pis şəraitdə yetişdirilmiş qırmızı bibərdə mövcuddur. Yanma dərəcəsinə qədər qızardılan qırmızı ət, çörək və digər məhsullarla qalın bağırsaq xərçəngi arasında əlaqə var.

Xərçəngdən qorunmaq üçün 10 qızıl qayda:

1. Mütamadi olaraq həkim nəzarətindən keçmək.
2. Siqaret çəkməyin. Siqaret çəkmək və ya siqaret dumanı olan havada nəfəs almaq başda ağciyər xərçəngi olmaqla bir çox xəstəliklərə yol açır.
3. Çəkinizə diqqət edin. Bu çatışmazlıq qalın bağırsaq, süd vəzi, prostat, yumurtalıq kimi xərçəng növlərinə səbəb ola bilər.

4. Qidalanmaya diqqət edin. Daha çox meyvə, tərəvəz, təbii qidalar qəbul etməyə fikir verin.

5. Spirtli içkini tərgidin. İçki qaraciyər və qalın bağırsaq xərçənginə yoluxma risqini artırır.

6. Günəşə diqqət edin.Uzun müddət və diqqətsiz gün işığı altında qalmaq dəri xərçəngi yarada bilər.

7. Körpələrinizi əmizdirin. Doğan və uşağını döş ilə qidalandıran analarda süd vəzi xərçəngi risqi azalır.

8. Stresinizə nəzarət edin. Stres kimi depresiyada xərçəngə səbəb ola bilər.

9. Hərəkət edin. Gündə ən azı min addım atmağa çalışın.

10. Sakit olun. İnanc dünyası zəngin, sakit, səbrli, daxili aləmi sağlam, şən insalarda bu xəstəliyə yoluxmaq risqi azdır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar