Qızıl sağlamlığa faydalıdır
27 Fevral 2011 Bazar 09:36
Alimlər qızılın həqiqətən də müalicəvi xassəyə malik olduğunu sübut ediblər.
Qızıl bəşər tarixində ən qədim dərman sayılır. Bu gün də ondan stomatologiyada, revmatizmin, depressiyanın müalicəsində, xroniki yorğunluğun aradan qaldırılmasında istifadə olunur. Qızılın tərkibində olan maddələr insanın immun sistemini tənzimləyir.
Keçən əsrin 20-ci illərində qızıl tərkibli sarğılardan revmatizm xəstəliklərinin müalicəsində istifadə ediblər. İsveç və Amerika alimləri elmi cəhətdən sübut ediblər ki, qiymətli və əfsanəvi metal, həqiqətən də müalicəvi xassəyə malikdir. Qızıl duzu immun toxumalarının nüvəsindən protein ifrazını zəiflədir. Bu, protein iltihabı reaksiyalarını azaldır. Yeni kəşf sayəsində qiymətli metal həqiqətən də təbabətdə faydalı ola bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: