Qışdan qalan turşular zəhərlənməyə səbəb olur?
05 Aprel 2013 Cümə 17:33
Konservləşdirilmiş məhsul hesab olunan turşuların qapaqları kip olmazsa, içərisinə hava keçərsə, tez bir zamanda xarab ola bilər.
Qışdan qalan turşulardan istifadə zəhərlənməyə səbəb ola bilər. Belə ki, konservləşdirilmiş məhsul hesab olunan turşuların qapaqları kip olmazsa, içərisinə hava keçərsə, tez bir zamanda xarab ola bilər və keyfiyyətini itirərək zəhərlənməyə gətirib çıxarar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə bu cür məhsulların tez xarab olmasına iki əsas amil təsir edə bilər.

Bunlardan biri həmin məhsullarda mikroorqanizmlərin artması, eyni zamanda, mikrobların buraxdığı toksinlərin kimyəvi dəyişikliyə məruz qalmasıdır. Qidalanma şöbəsinin müdirinin sözlərinə görə, istər istehlakçılar məhsulu istehsalat şəraitində hazırlasın, istərsə də evdə, mütləq hazırlanma qaydalarına əməl edilməlidir. Odur ki, yaydan qalan bu təhlükədən qorunmaq üçün diqqətli olmalıyıq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar