QİÇS və Hepatit C kimi xəstəliklərə çarə tapıldı
15 Mart 2014 Şənbə 06:21
Misirli hərbi həkimlər bu yaxınlarda QİÇS və Hepatit C kimi xəstəliklərin müalicəsində istifadə edilə biləcək dərman və cihazların testlərinin sona çatdığını açıqlayıblar.
ANS PRESS-in xəbərinə görə, gizli olaraq həyata keçirilən bu layihənin iki müəllifindən biri olan Misir Silahlı Qüvvələri Səhiyyə Komandanlığı polkovniki Əhməd Amin ötən gün yeni icad barədə məlumat verib.

Misirli hərbi həkimlər tərəfindən yaradılan texnologiyanın adı "Complete Curing Device" (qısaca CDD) adlanır. Polkovnikin sözlərinə görə, bu texnologiyanın köməyiylə QİÇS və Hepatit C viruslarını qan nümunəsi almadan aşkar edərək yox etmək, sonra isə əhatəli müalicə etmək mümkündür.

20 il üzərində işlədikləri layihədən danışan Əhməd Amin, həmçinin bu cihazlarla müalicənin xərcinin az və Qərbdə tətbiq olunan müalicə üsullarından da fərqli olacağını söyləyib.

İlk olaraq iki hərbi xəstəxanada işlədilməsi planlaşdırılan cihazlarla rəsmi olaraq iyulun 1-dən xəstələrin müalicəsinə başlanacağı qeyd edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar