QİÇS orqanizmde harada gizlenir?
14 Yanvar 2014 Çərşənbə Axşamı 23:51
Yeni aşkarlanmış qrup virusa çox həssasdır və İİV üçün bir növ "sığınacaqdır".
İnsan orqanizminin hüceyrələrinin böyük hissəsi kiçik müddət yaşayır. ANS PRESS-in məlumatına görə, buna görə həkimlər indiyə kimi başa düşmürdülər ki, virus əleyhinə effektiv müalicə aparılmasına baxmayaraq, insanın immun çatışmazlığı virusu (İİV) orqanzimdə on illər boyu qalır.
Alimlər müəyyən ediblər ki, İİV bütün immun sisteminin gövdə hüceyrələrini yoluxdurur. Yoluxmuş hüceyrələr isə on illər boyunca yaşaya bilir və yeni immun hüceyrələr yaradır. Buna görə də, müalicə effekt vermir.
Massaçusets ştatının Ümumi Klinik Xəstəxanasının mütəxəssisi Matias Liçterfeld bildirib ki, yeni aşkarlanmış qrupu tibbdə yaddaşın T gövdə hüceyrələri adlandırırlar. Onlar virusa çox həssasdır və İİV üçün bir növ "sığınacaqdır".
DOSTLARINLA PAYLAŞ: