QİÇS-li doğulmuş körpələr tam sağaldılıb
06 Mart 2014 Cümə Axşamı 21:48
Hər iki körpə doğulduqdan bir neçə saat sonra aqressiv antiretrovirus terapiya ilə müalicə ediliblər.
QİÇS-ə yoluxmuş halda doğulmuş körpə infeksiyadan tam sağaldılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Bostonda keçirilmiş 21-ci retrovirus və opportunist infeksiyalar konfransında Los-Anceles həkimləri bildiriblər. Daha öncə bu cür anadangəlmə QİÇS-li uşağın müalicəsi barədə Missisipi ştatının həkimləri bildirmişdilər.
Hər iki uşaq QİÇS-ə yoluxmuş və müalicə olunmamış analar tərəfindən dünyaya gətirilib. Onların hər ikisi doğulduqdan bir neçə saat sonra aqressiv antiretrovirus terapiya ilə müalicə ediliblər. Missisipidən olan qız 18 ay müalicə edilib, daha sonra həkimlər onun izini itiriblər. Qızı 10 aydan sonra taparaq yoxlayan zaman qanında virus izləri aşkarlanmayıb.
Keçən ilin aprelində anadan olmuş Los-Ancelesli qız isə həkimlərin müşahidəsi altında olub. Onun qanında virus müalicənin 6-cı günü yoxa çıxsa da, həkimlər QİÇS-ə qarşı standart terapiyanı davam etdiriblər. Çünki həkimlər bunun müalicə, yoxsa remissiya olduğunu dəqiq bilməyiblər. Hazırda isə onlar tam əminliklə qızın müalicə olunduğunu bildirirlər.
DOSTLARINLA PAYLAŞ: