QİÇS-ə yoluxma riskini azaldan vaksin hazırlanıb
25 Sentyabr 2009 Cümə 06:40
Yeni preparatın ölümcül xəstəlik riskini 32 faiz azaltdığı bildirilir
Tailanddan olan bir qrup alim ABŞ Silahlı Qüvvələrinin nümayəndələri ilə birlikdə elan ediblər ki, QİÇS-ə yoluxma riskini təxminən üçdə bir səviyyədə azalda bilən ilk eksperimental vaksini yaradıblar. Banqkokda keçirilən mətbuat konfransında bildirilib ki, hazırlanmış vaksin QİÇS-ə yoluxma riskini 32 faiz azaldır.
Preparat effekt verməmiş iki vaksinin kombinə edilməsi yolu ilə hazırlanıb. Yeni dərmanın yeddi illik sınağı Tailandda 16 min könüllünün iştirakı ilə keçirilib. Opponentlər havayı pul xərclənəcəyini poqnozlaşdırırdılar. Onlar hesab edirdilər ki, yeni vaksin nəticəsiz olacaq. Lakin sınaq skeptilərin proqnozlarını təkzib edib. Bununla belə, alimlər bir şeyi başa düşə bilmirlər ki, iki vaksinin qarışığı niyə bu qədər uğurlu alınıb.
Vaksin QİÇS riskini azaltsa da, virus orqanizsə daxil olubsa, ona təsir göstərmir. ABŞ Silahlı Qüvvələrinin polkovniki Cerom Kim bildirib ki, preparat yalnız Tailand sakinləri üzərində sınaqdan keçirildiyindən, onun dünyadakı QİÇS-li xəstələrin 70 faizinin yaşadığı Afrika sakinlərinə, eləcə də homoseksuallar və narkomanlara müsbət təsir göstərəcəyinə təminat yoxdur.
Həkimlərin sözlərinə görə, vaksin QİÇS-in iki növü-Tailand və cənub-qərbi Asiyada yayılmış E, ABŞ və Avropada yayılsış B növləri nəzərə alınmaqla hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar