Qəhvə ömrü uzadır
18 May 2012 Cümə 16:05
Bunun üçün gündə 6 fincan qəhvə içmək lazımdır.
Gün ərzində 6 fincan qəhvə içən insanlarlın ömrü uzanır. ANS PRESS-in məlumatına görə, tədqiqatçılar 400 min nəfəri gündə neçə fincan qəhvə içdiklərinə görə qruplara bölüblər.

Nəticədə müəyyən edilib ki, gündə 5 fincandan artıq qəhvə içən kişilər arasında ölüm riski 12%, 2-3 fincan ətirli içki içənlərdə 10% aşağı düşür. Amma bu hər gün bir fincan qəhvə içən insanların həyatına heç bir təsir etmir. Onlar həm də qeyd edirlər ki, gün ərzində 3-5 fincan qəhvə içən insanlar arasında vaxtsız ölüm riski 5 %, altı fincandan artıq içənlərdə isə 16%-dən çox azaldır.

Qəhvənin əsas faydasını maqnezium və antioksidantların olmasında bildirilir. Amma araşdırmaçılar yeniyetməlik dövrü və hamiləlikdə bu içkidən istifadəni mümkün qədər azaltmağı məsləhət görürlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar