Qəhqəhə ilə gülmək idman etmək kimi faydalıdır
29 Aprel 2010 Cümə Axşamı 05:40
Qəhqəhənin iştah açmaq, parkda qaçmaq, ürək xəstəlikləri və diabet üçün də faydalı olduğu bildirilib.
Qəhqəhə ilə gülmək insan orqanizmi üçün idman qədər faydalıdır. Bu, amerikalı mütəxəssislərin keçirdiyi araşdırma nəticəsində məlum olub. Araşdırmada iştirak edən təcrübəçilərə 20 dəqiqə müddətə komediya filmi nümayiş olunub. Nəticədə, filmə tamaşa edənlərin stress hormonu, qan təzyiqi və xolestrol səviyyəsi idmanla məşğul olanlardakı səviyyədə olduğu müəyyən olunub.
Bundan başqa qəhqəhənin iştah açmaq, parkda qaçmaq, ürək xəstəlikləri və diabet üçün də faydalı olduğu bildirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: