“Qatıq”,“Dovğa” dövlət standartlarına dəyişiklik edilib
19 Aprel 2011 Çərşənbə Axşamı 11:51
Süd məhsulu üçün maksimal yararlıq müddəti uzadılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Qida məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə tərəfindən hazırlanmış AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər”, AZS 091-2003 “Ayran. Texniki şərtlər”, AZS 092-2003 “Qatıq. Ümumi texniki şərtlər” və AZS 220-2006 “Dovğa. Ümumi texniki şərtlər” dövlət standartlarına dəyişiklikləri təsdiq edib. Dəyişiklərin tədbiq vaxtı 20 aprel 2011-ci ildən müəyyən edilib.

Dəyişikliklərə əsasən, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla hər bir süd məhsulu üçün maksimal yararlıq müddəti uzadılıb.

Komitə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş bir neçə Dövlətlərarası standartı da təsdiq edib və tətbiq vaxtını 20 aprel 2011-ci ildən müəyyən edib.

Bunlar ГОСТ 7473-2010 "Смеси бетонные. Технические условия" (Dövlətlərarası standart “Beton qarışıqları. Texniki şərtlər”),
ГОСТ 12248-2010 “Грунты. Методы лабораторного определения характеристик прочности и деформируемости” (Dövlətlərarası standart “Qruntlar. Möhkəmlik və deformasiya qabiliyyətlərinin laboratoriya şəraitində təyini üsulları”),
ГОСТ 23499-2009 “Материалы и изделия строительные звукопоглощающие и звукоизоляционные. Классификация и общие технические требования” (Dövlətlərarası standart “Səsi izolə edən və səsi udan tikinti materialları və məmulatları”),
ГОСТ 31424-2010 "Материалы строительные нерудные из отсевов дробления щебня из горных пород. Технические условия" (Dövlətlərarası standart “Dağ süxurlarından xırdalanmış qırmadaşdan ələnmiş qeyri-filiz tikinti materialları. Texniki şərtlər”),
ГОСТ 31426-2010 2Породы горные рыхлые для производства песка, гравия и щебня для строительных работ. Технические требования и методы испытаний" (Dövlətlərarası standart “İnşaat işləri üçün qum, çınqıl və qırmadaşın istehsalında istifadə olunan yumşaq dağ süxurları. Texniki şərtlər”) Dövlətlərarası standartlardır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi ilə birgə hazırlanmış MT 005-2011 “Brilliantların qiymətləndirilməsi üçün GİA sistemi” metodiki təlimat da təsdiq edilib və tətbiq vaxtı 20 aprel 2011-ci ildən müəyyən edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar