Qadınların ən yaxşı dostu - balıq
07 Dekabr 2011 Çərşənbə 12:04
Omega-3 ilə zəngin olan balıq ürək xəstəlikləri riskini azaldır.
Balıq yemək qadınlarda ürək xəstəlikləri riskinə təsir edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Omega-3 ilə zəngin olan balıq xəstəlik riskini azaldır.

Danimarka araşdımaçılarının 8 il apardığı tədqiqatda yaşları 15-49 olan 50 minə yaxın qadın iştirak edib. Araşdırma zamanı nadir hallarda və ya heç balıq yeməyən qadınlarla müqayisədə müntəzəm bu qidanı qəbul edən zərif cinsin nümayəndələrində ürək-damar xəstəliklərinə yoluxma riskinin 50 faiz az olduğu bəlli olub.

Araşdırmaya izma atan elm adamları həftədə ən azı 2 dəfə balıq yeməyi məsləhət görürlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar