Qadınların əl və ayaqları niyə üşüyür?
13 Fevral 2013 Çərşənbə 15:07
Soyuqda qalanda qol və ayaqlara dəqiqədə orta hesabla 0.02 litr daha az qan ötürür
Qadınların gündəlik dəmir ehtiyacı kişilərlə müqayisədə iki dəfə çoxdur. Ancaq qadınlarda əl və ayaqların üşüməsi kişilərlə müqayisədə daha çox müşahidə edilir. Sən demə bunun səbəbi qan damarlarındakı daralmadır.
"Daily Mail"in məlumatına görə, dərimiz damarların reallaşdırdığı mikrosirkulyasiya sayəsində isti qalır. Amma bədən hər hansı soyuqla qarşılaşanda, kapliyarlar demək olar ki, həyatı əhəmiyyəti olan daxili orqanları isitmək üçün işləməyə başlayırlar. Bunada tibb ədəbiyyatında qan damarlarındakı daralma deyilir.
Soyuqda qalanda qol və ayaqlara dəqiqədə orta hesabla 0.02 litr daha az qan ötürür. Bəzən bu 2-3 litr ola bilər. Bu bədən istiliyiniə önəmli təsir edə biləcək miqdardır. Soyuq havada əllərin və ayaqların soyumasının, bəzən isə göyərməsinində səbəbi budur.
DOSTLARINLA PAYLAŞ: