Qadın sağlamlığını qoruyaq
22 Oktyabr 2011 Şənbə 20:05
Bu gün Milli Parkda Azərbaycanda ilk dəfə olaraq Qadın sağlamlığını qoruyaq adı altında aksiya keçirilib.
Bu gün Milli Parkda “Qadın sağlamlığını qoruyaq” adı altında aksiya keçirilib. Aksiya Heydər Əliyev Fondunun dəstəyi və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Milli Parka toplanan Milli Onkologiya Mərkəzinin bütün əməkdaşları aksiyada iştirak edib, əhalinin maarifləndirilməsi üçün onlara bukletlər paylayıblar. Bukletlər vasitəsilə qadınların süd vəzi xəstəliklərini zamanında necə aşkarlanması və onlardan qurtulmaq yolları ilə bağlı məlumatlar yerləşdirilib.
Qeyd edək ki, süd vəzi xərçəngi ilə mübarizə aksiyası ilk dəfə 1992-ci ildə Amerika Birləşmiş Ştatlarında keçirilib. Azərbaycanda isə belə bir aksiya ilk dəfə keçirilir.
Milli Onkologiya Mərkəzinin həkimi Rəna Abdullayevanın sözlərinə görə, süd vəzi xəstəlikləri xanımlarda tez-tez rast gələn aktual problemdir: “Süd vəzi xəstəliklərində narahatlıq hiss edən zaman xanımlar dərhal həkimə müraciət etməlidirlər. Əgər bu xəstəliyə vaxtında müdaxilə olunub, həkim müayinəsi olarsa, bu pis nəticələnməz”.
R. Abdullayeva deyir ki, Milli Onokologiya Mərkəzində həkim-mammoloqlar var: “Çox yaxşı ki, onlar bu tip xəstəliklərdən əziyyət çəkən qadınlara dəyərli məsləhətlər verib, onları müalicə edə bilərlər. Qadın sağlamlığı buütün millətimizin sağlamlığıdır və bizim həkimlərdə bunun keşiyindədir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: