Popkorn meyvə-tərəvəzdən faydalıdır?
26 Mart 2012 Bazar Ertəsi 19:02
Mütəxəssislərin araşdırmaları maraqlı nəticələri ortaya çıxarıb.
Sən demə, popkornda antioksidantların səviyyəsi olduqca yüksəkdir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı popkornun tərkibində çoxlu polifenol aşkarlanıb. Diyetoloqların sözlərinə görə, polifenolun yüksək səviyyədə olması onu deməyə əsas verir ki, popkorn meyvə-tərəvəzdən daha faydalıdır. Çünki popkorndakı polifenol suda həll olunmuş halda deyil.

Popkornun bir porsiyasında 300 miliqram polifenol var. Meyvədə isə 160 miliqram polifenol olur. Bu isə popkornun nə dərəcədə faydalı olduğunu üzə çıxarır.

Maraqlıdır ki, ən faydalı popkornun qabığı hesab edilir. Burada polifenol və birləşdirici toxuma maksimal səviyyədə olur. Mütəxəssislər popkornu mikrodalğalı soba ya da yağda hazırlamağı məsləhət görmür. Onlar hesab edir ki, açıq havada hazırlanmış popkorn ən yaxşı variantdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar