Peyvend qızılça-mexmerek virusuna qarşı, 1-7 yaşlı uşaqlara vurulur.
Bütün müalicə profilaktika müəssisələrində hər hansı səbəbdən peyvəndlərdən kənarda qalan uşaqların peyvəndə cəlb olunmasına başlanılıb. Qeyd edək ki, peyvənd, əsasən, qızılça-məxmərək virusuna qarşı, 1-7 yaşlı uşaqlara vurulur. 2006-cı ildə də eyni peyvənd bütün yaş qrupları arasında tətbiq edilib və bu vaxta qədər yoluxma halı qeydə alınmayıb.
5 saylı uşaq poliklinikasının şöbə müdiri Sevda Rzayevanın sözlərinə görə, respublika ərazisində bu xəstəliyə yoluxma halları artıb və sözügedən poliklinikada 3 nəfərdə bu hal qeydə alınıb: “346 nəfər peyvənd olunmalıdır, 120-dən çoxu artıq olunub, bəzən uşaqlar sahə üzrə yerləşən tibb müəssisələrində qeydiyyata düşmürlər. Buna görə də müəssisələr həmin uşaqları aşkarlamalı və peyvəndə cəlb etməlidir”.
Qeyd edək ki, immunlaşdırma həftəsi aprelin 27-ə qədər davam edəcək. Tədbir paytaxt Bakıda və ölkənin bütün bölgələrində gerçəkləşdiriləcək.
Yaxın zamanlarda Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlanacaq. Pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda, peyvəndin vurulması üçün hazırlıq işləri aparılır.