Pampers Premium Care Fotomüsabiqəsi başa çatıb
12 May 2011 Cümə Axşamı 10:18
Anaların 1 nömrəli seçimi olan Pampers bezi özünün ən quru və ən nazik növü olan “Pampers Premium Care” üçün 1 mart - 20 aprel tarixi ərzində körpələr və ailələr üçün “Şəkil Müsabiqəsi” keçirib.
“APA-Economics”in məlumatına görə, ailələr uşaqlarının fotolarını və “Pampers Premium Care” paketlərindəki ştrix kodu pampers.az saytına yerləşdirərək müsabiqəyə qatılıblar.

Yüzlərlə şəkildən online səsvermədə ən çox səs toplayan 30-u 2-ci mərhələyə keçib. Bu mərhələdə fotoqraf Orxan Aslanov, şoumen Murad Dadaşov, “Parents” jurnalının baş redaktoru Süheylə Cəfərova və “Procter&Gamble”ın nümayəndəsi Leyla Seyidzadə fotoları qiymətləndirərək ilk üçlüyü seçiblər. Ancaq münsiflər heyətinin işi heç də asan olmayıb - çünki hər bir körpə gözəl, şirin və dəyərlidir.

Aprelin 30-u isə “Park İnn” hotelində müsabiqənin yekun tədbiri keçirilib. Qalib ailələr “Park Bulvar”ın məşhur “Maxim”, “Original Marines”, “Girandolo” uşaq mağazalarına hədiyyə çeki qazanıblar. Birinci yer üçün 1500 manat, ikinciyə 1000 manat, üçüncüyə 500 manatlıq çek təqdim olunub. Körpələr isə oyun üçün ayrılmış məkanda doyunca əyləniblər.

Pampers körpələri və ailələri sevindirməyə davam edəcək. Müsabiqə rolikini izləmək üçün bu düyməni (http://pampers.az/musabiqe/?sec=yekun) vurun. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar