Müqəddəs Ramazan ayında havaların isti keçməsinə baxmayaraq oruc tutanların ayı az deyil. Bu məqsədlə oruc tutanlara “qora bişirən” ayda imsak və iftar vaxtı düzgün qidalanmaq üçün kiçik tövsiyələr vermək istərdik.
Ramazan ayaında ilk olaraq oruc tutan şəxslərin qidalarının həcmi və qida qəbulunun tezliyi azaldığından təbii şəkildə orqanizmdə metabolizm prosesinin də sürətinin azaltmağa başlayır. İftar və ya imsak vaxtı yeməyinizi mümkün qədər uzun vaxtda, ən yaxşısı isə iki hissəyə bölünmüş şəkildə qəbul edin. Süfrədən isə tam doymamış halda qalxın.
Yemək vaxtı həddindən tez-tez və bol su içməyin. Çünki mədənin həddindən artıq gərilməsi ürək ritmini poza bilər. Bundan başqa, yemək zamanı duzun və kalorinin də miqdarına xüsusi diqqət yetirin. Əks təqdirdə təzyiqiniz qalxa və ya mövcud olan ürək çatışmazlığı arta bilər. Bu, həm də kökəlmənizə yola açar.
Şirniyyat yerinə meyvə və dondurma yeyə bilərsiniz. Bu qidaları iftardan 2 saat sonra qəbul etməniz daha yaxşı olar. Gün ərzində fiziki aktivliyinizi də azaldın. Xüsusilə aclıq dövrünə təzə başladığınız və hələ öyrəşmədiyiniz vaxtda ilk 1-ci həftdə su, duz və enerji itkisini azaltmaq üçün fiziki aktivliyinizi artırmayın.
Oruc vaxtı sərin yerdə olmağa çalışın. İsti, həm su və duz itkisi ilə bağlı təzyiqin düşməsinə, həm də damarlarda genişlənmə ilə əlaqəli olaraq təzyiqin qalxmasına səbəb ola bilər.
İmsaka qalxmanızla əlaqədar yuxunun vaxtı qısaldığından gündüz vaxtı yatmaq da faydalıdır. Çünki yuxu bütün bədən üçün vacib olduğu kimi, ürəyin də istirahət etməsində mühüm rol oynayır. Bundan başqa, yuxu vaxtı su və enerji itkisini də azalmış olur.
İftardan sonra ən azı 2 saat yatmayın. Əks təqdirdə mədə refleksi problemi ilə üzləşə bilərsiniz. 20 dəqiqə gəzintiyə çıxmaq da faydalı hesab olunur.
Ən vacib məqamlardan biri isə imsak vaxtı mütləq qida qəbul etməkdir. Çünki imsak aclıq və və susuzluq müddətini qısaldır və gündəlik kalorinizi ikiyə bölərək sərf etdiyiniz üçün daha balanslaşdırılmış qidalanmanızı təmin etmiş olur. İmsak vaxtı yağlı deyil, toxluq hissi yaradacaq şorba, kəpəkli çörəklə səhər yerməyi, şəkərsiz meyvə kompotu və digər qidalar qəbul edin, bolluca su için.