Ölümsüzlük mümkündür?
16 Noyabr 2012 Cümə 17:56
Alman alimlərdən maraqlı kəşf
Almaniyalı elm adamları ölümsüzlük genini tapıblar. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, bu genə "Əbədi gənclik" adı verilib.

Professor Tomas Boşun rəhbərlik etdiyi araşdırmada şirin su canlısı olan "Hydra" tədqiq edilib. Mütəxəssislərin 50-ci illərdən bu yana laboratoriya şəraitində izlədiyi bu bir necə mm ölçüsü olan canlıların ölümsüzlüyünü kök hüceyrələrin bölünmə özəlliyini itirməməsini açıqlayırdılar. Ancaq bu xüsusiyyətin haradan qaynaqlandığı bilinmirdi.

"Deutsche Welle"də yer alan araşdırmada isə dünyadakı bütün canlılarda olan "FoxO" geni üzərində müşahidələr aparılıb. Nəticədə mütəxəssislər "FoxO" geni fəaliyyətsiz qalanda, poliplərin daha az kök hüceyrəsinə sahib olduğunu, daha yavaş bölündüyünü açıqlayıblar. Bu zaman şirin su canlısının immunitetidə zəifləyib.

Professor Boş 100 yaşdan yuxarı insanlar üzərində apardıqları araşdırmada "FoxO" geninin son dərəcə fəal olduğunu müəyyən ediblər. "FoxO"nun böyük ehtimalla insanların yaşlanmasında da təsirə malik olması nəticəsinə gəlmişik".

“FoxO" ilə bağlı araşdırmalar davam edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar