Ölümqabağı peşman olunan 5 əməl
01 Fevral 2012 Çərşənbə 12:35
Kaş ki....
Ölüm döşəyində olan insan nədən peşman olur?.Avstraliyada uzun müddət ölümcül xəstələrlə çalışan tibb bacısı bu sualın cavabını tapmağa çalışıb. ANS PRESS-in türk mətbutaına istinadla verdiyi məlumata görə, Bronni Vare təcrübəsindən faydalanaraq hətta kitab da yazıb.

Tibb işçisinin sözlərinə görə, ölümlə üz-üzə gələn insanlarda böyük dəyişiklər yaşanır. Öləcəklərini bilən insanlar ilk olaraq inkar, sonra isə qorxu, hisr, peşmanlıq və qəbbuletmə kimi hisslər keçirilər.
O, öz kitabında ölümqabağı insanların təssüfləndiyi məqamlara aydınlıq gətirib. Təssüfedici məqamlar 5 başlıq altında toplanıblar.

1. “Kaş ki, başqalarının məndən gözlədiyi həyatın yerinə, özümün arzuladığı həyatı yaşayardım".
2. “Kaş bu qədər çox işləməyəydim". Bunu adətən kişilər deyirlər. Onlar işlərlə bağlı ailələrinə və dostlarına çox vaxt ayırmadıqları üçün peşman olurlar.
3. “Kaş ki, duyğularımı dilə gətirərdim". Vare içəridə boğulan hisslərin sağlamlığa çox pis təsir etdiyini deyir.
4. “Gərək dostlarımdan uzaqlaşmayaydım". Ölməkdə olan insan ən çox dostları üçün darıxır.
5. “Kaş ki, daha xoşbəxt olmağa çalışaydım".

Peşmanlıq arasında "Kaş daha çox gülərdim", "Kaş axmaq hərəkətlər etməkdən qorxmazdım" kimi ifadələrdə olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar