Nazir övladları “donuz qripi”nə tutuldular
17 Noyabr 2009 Çərşənbə Axşamı 15:05
Türkiyənin səhiyyə naziri özü bu barədə məlumat verib
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın qızı və oğlu “donuz qripi”nə yoluxub. Nazir 24 yaşlı oğlunun xəstəliyi daha ağır keçirdiyini qeyd edib. Onun sözlərinə görə, övladları evdə müalicə alıblar. "4 yaşındakı qızımı peyvənd etdirməyə belə vaxt olmadı. İndi onların hər ikisinin vəziyyəti yaxşıdır".
Qeyd edək ki, səhiyyə naziri və həyat yoldaşı qripə qarşı peyvənd olublar.
Türkiyədə isə “donuz qripi” kimi tanınan “A H1N1” virusundan ölənlərin sayı 74-ə çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar