“Nataxtari”nin tərkibində boyaq maddələri aşkar edilib
20 Aprel 2011 Çərşənbə 14:17
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bununla bağlı “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər. Komitədən ANS PRESS-ə verilən məlumata görə, müəssisə Gürcüstanda istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen qablara qablaşdırılan “Натахтари”nişanlı tərxun, duşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olduğu müəyyən olub.

İdxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyətinin və tərkibinin yoxlanılması məqsədi ilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib. Aparılmış sınaq nəticələrinə əsasən, məhsulun tərkibində, markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələri aşkar edilib.

Qeyd edək ki, “E” markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır.

Aşkar edilmiş ilkin pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutlmuş tədbirlər görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar