Nanəli badımcan salatı
04 Avqust 2012 Şənbə 13:02
Oruc tutanlara rahat və dadlı qisa resepti - Nanəli badımcan salatı təqdim edirik.
Ramazan ayında iftar və imsak süfrələrimizə xüsusi diqqət ayırmalıyıq. Müqəddəs bayram isti yay aylarına təsadüf etdiyindən yeməklərimizi mövsümə uyğun hazırlamağa çalışmalıyıq. Bu axşam iftar süfrənizə həm dadlı, həm asan, həm də faydalı salat hazırlaya bilərsiniz:

Nanəli badımcan salatı

1 kilo yarım badımcan
yarım stəkan zeytun yağı, qızartmaq üçün
təxminən 2 stəkan qatıq
2 diş sarımsaq - əzilmiş
zövqə görə doğranmış təzə nanə və ya quru nanə
zövqə görə duz

1. Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın.

2. Badımcanı qaynar yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dayaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.

3. Bir qədər soyuduqda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.

Qatıq, sarımsaq və nanənin miqdarını zövgə görə azaldıb artıra bilərsiniz.

Nuş olsun, Allah orucunuzu qəbul eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar