Musiqi üreyin dermanıdır
04 Sentyabr 2013 Çərşənbə 05:52
Nis Universiteti alimlerinin apardığı araşdırmaya göre, instrumental musiqi üreyi güclendirir.
Serbiyadakı Nis Universiteti alimlərinin apardığı araşdırmaya görə, instrumental musiqi ürəyi gücləndirir, ürək xəstələrinin daha tez yaxşılaşmasını təmin edir. Bundan başqa, sevilən musiqini dinləmək beyində endofrin hormonun artımına səbəb olur ki, bu da ürəyin fəaliyyətinə müsbət təsir edir.

Araşdırma çərçivəsində ürək xəstəsi olan 74 nəfər 3 qrupa ayrılıb və ilk qrupdakılar 3 həftə boyunca aerobika dərslərinə göndərilib. İkinci qrupdakılara isə dərslərə qatılmaqla yanaşı, gündə yarım saat musiqi dinləmələri tapşırılıb. Son qrupdakılar isə sadəcə musiqi dinləyiblər.

3 həftə sonra idmanla məşğul olan və musiqi dinləyən xəstələrin ürəyindəki problemlərin böyük ölçüdə düzəldiyi müəyyənləşib. Alimlərin araşdırmasına görə, musiqi dinləyərək idmanla məşğul olmaq ürək fəaliyyətinin yaxşılaşmasına, eləcə də xəstələrin daha asan düzəlməsinə səbəb olur. Alimlər "ideal musiqi”nin hələ tapılmadığını desə də, insanlarda pozitiv hisslər oyadan, onların özünü yaxşı hiss etməsinə, rahatlaşmasına səbəb olan musiqilərin olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar