Milçəklər ən çox hansı qan qrupunu sevir?
16 İyul 2013 Çərşənbə Axşamı 18:03
Həşaratlara cazibədar gələn faktorlar.
Milçəklər ən çox hansı qanı sevirlər? Yaponiyalı alimlər müəyyən ediblər ki, həşaratların qan qrupu 0 olan insanları sancmaq ehtimalı daha çoxdur.
Ağcaqanadlar bu qrupa məxsus olan qanın daha "ləzzətli" olmasını düşünürlər. Bundna əlavə ABŞ-da aparılan başqa bir araşdırma piyvə içənlərin milçək hücumuna məruz qalma riskinin daha böyük olduğunu ortaya qoyub. Bədirlənmiş ay zamanı həşaratlar adi vaxtlardan 500 dəfə daha fəal olurlar.
Milçəkləri cəlb edən başqa bir fakt isə ayaq qoxusudur.
Hamilələlrin digər qadınlarla müqayisədə ağcaqanar sancmasına məruz qalma riskidə nisbətən yüksəkdir. Çünki hamilə qadınların qarın bölgəsində temperatur 1 dərəcə daha yüksək olur. Bu bədəndə tər yolu ilə milçəkləri cəlb edən maddələrin istehsalına yol açır.
Həşaratları cəlb edən daha bir faktor isə tünd geyimlərdir. Xüsusilə qırmızı və qara ağcaqanadların çox "hücum" etdiyi rənglərdəndir. Onların diqqətini ən az çəkən isə sarı rəngdir.
DOSTLARINLA PAYLAŞ: