Meyvə şirələri uşaqlar üçün zərərlidir?
13 Mart 2012 Çərşənbə Axşamı 21:03
Mütəxəssislərə inansaq, meyvə şirələri uşaqların dişlərinə problem yarada bilər.
Britaniyalı alimlər iddia edir ki, meyvə şirələri uşaqlar üçün zərərlidir. The Daily Mail nəşrinin yazdığına görə, gündəlik rasiona meyvə şirələrinin daxil edilməsi uşaqların dişlərinə problem yarada bilər.
Cərrahlar Kral Kollecinin nümayəndəsi Keti Harli bildirib ki, 5 yaşlı uşaqların yarısında diş minasının nazikləşməsi əlaməti var. Bu üzdən həkim məktəblərdə meyvə şirələrini süd yaxud da su ilə əvəz etməyi məsləhət görür.
İş ondadır ki, meyvə şirələrində, xüsusən də sitrus meyvələrindən hazırlanan şirələrdə turşuluq səviyyəsi yüksəkdir. Bu səbəbdən də uaqlarda diş minasının eroziyası əmələ gəlir. Həmçinin meyvə şirələrində dişlər üçün zərərli çoxlu miqdarda şəkər var.
K.Harlinin sözlərinə görə, uşaqlara meyvə şirələrini həftədə bir dəfə vermək olar.
DOSTLARINLA PAYLAŞ: